Braziliyada Olimpiya əleyhinə aksiyalar başladı

braziliyada-olimpiya-eleyhine-aksiyalar-basladi
Oxunma sayı: 931

Braziliyanın Rio de-Janeyro şəhərində minlərlə insan nümayişə çıxıb.

QafqazinfoAzadliq.org-a istinadən xəbər verir ki, onlar olimpiya oyunlarına miloyonlarla dollar vəsait xərclənməsinə etiraz bildiriblər. Əvvəlcə dinc keçən nümayişdə sonradan polislə toqquşma olub.

Olimpiadaya 1 aydan da az vaxt qalır. Aksiyaçılar bildirir ki, olimpiadaya milyonlarla xərc çəkildiyi halda sosial xərclər ixtisar olunur. Braziliya hazırda kəskin iqtisadi böhran və infilyasiya dövrünü yaşayır. Olimpiya oyunlarına xərclər isə artıq 100 milyon dolları keçib.

Rio ştatında maliyyə problemi o həddə çatıb ki, fövqəladə vəziyyət rejimi elan edilib. Hökumət isə olimpiya oyunları vaxtı təhlükəsizliyin təmin edilməsinə təcili şəkildə 850 milyon vəsait ayırıb. Aksiyaçılar hesab edir ki, bu pullar təhsil və sosial xərclərə sərf olunmalıdır.

Rioda nümayiş sonda qarətlər, avtobus dayanacaqları və zibil yeşiklərinin dağıdılması ilə müşahidə olunub. Üzlərini bağlayan bir neçə aksiyaçı isə Braziliya bayrağını yandırıblar. Polis vəziyyəti nəzarətə götürmək üçün rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, saxlananlar var.