Braziliyada ölü sayı 99-a çatdı - 259 nəfər itkindir + Yenilənib

braziliyada-olu-sayi-99-a-catdi
Oxunma sayı: 1576

Braziliyanın Brumadinyo qəsəbəsində su anbarının uçması səbəbindən ölənlərin sayı 84-ə çatıb.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, 276 nəfərin taleyi məlum deyil.

Bundan başqa, xilasedicilər 192 nəfəri xilas etməyi bacarıblar. Fəlakətin baş verdiyi bölgədən 3 minə yaxın sakin isə təxliyyə edilib.

Qeyd edək ki, hadisə ilə əlaqədar “Vale SA” şirkətinin 5 mühəndisi saxlanılıb, onlardan 3-ü həbs edilib. Şirkət ölənlərin ailələrinə 26 min dollar birdəfəlik yardım ediləcəyini açıqlayıb.

***

TASS agentliyinin məlumatına görə, daha 15 nəfərin cəsədi tapılıb və ölənlərin sayı 99-a çatıb. Onlardan 57 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Hazırda 259 nəfər itkindir.