“Braziliyada qalib psixologiyası var” - Martines

braziliyada-qalib-psixologiyasi-var
Oxunma sayı: 1027

Belçika millisinin baş məşqçisi Roberto Martines bu gün Braziliyaya qarşı keçirəcəkləri oyundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, iki komanda arasındakı fərqlərdən söz açıb:

“Bəlkə oyun tərzində oxşarlıq ola bilər. Amma iki komanda arasında fərqlər var. Braziliya 5 qat dünya çempionudur, biz isə heç zaman bu titulu qazanmamışıq. Onların qalib psixologiyası var. Bu matça təsirini təbii ki, göstərə bilər.

Lakin heyət və oyun olaraq Braziliyada geri qalmırıq. Heç bir şeyə mənfi baxmaq lazım deyil. Bizim də oyunumuz və təcrübəmiz var. Biz düşünməməliyik ki, rəqib bu cür komandadır. Bunu beynimizdən atmalı və istedadımızı, potensialımızı ortaya qoymalıyıq. Futbol oynamaq lazımdır”.