Braziliyada sel qurbanlarının sayı 104-ə çatdı - Video+Fotolar

braziliyada-sel-qurbanlarinin-sayi-104-e-catdi
Oxunma sayı: 1634

Braziliyanın Petropolis şəhərində güclü yağışlar nəticəsində həlak olanların sayı 104-ə çatıb. 

“Qafqazinfo” “G1” portalına istinadən xəbər verir ki, həlak olanların 8-nin uşaq olduğu bildirilir. 

Xilasedicilər 24 nəfəri xilas etməyə nail olub. 35 nəfər itkin düşmüş hesab olunur.  

Xatırladaq ki, fevralın 15-də Petropolisdə güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. 6 saatdan çox müddətdə bir kvadrat metrə 260 litr yağıntı düşüb. Bu, fevral ayında ölkənin bu bölgəsində qeydə alınan yağıntı normasından qat-qat çoxdur.