Braziliyada şiddətli yağış nəticəsində 23 nəfər ölüb

braziliyada-siddetli-yagis-neticesinde-23-nefer-olub
Oxunma sayı: 778

Braziliyanın cənub-şərqində güclü yağışın səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb.

“Qafqazinfo” TRT Haber-ə istinadən xəbər verir ki, daşqınlar San-Paulu əyalətindəki Quaruja, Santos və San Visenti şəhərlərini əhatə edib.

Daşqınlar nəticəsində 200-ə yaxın insan evlərini tərk etməli olub. Bir çox insanın isə itkin düşdüyü bildirilir.