Braziliyanın Brumadinyo qəsəbəsində su anbarı çöküb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində çox sayda ölənlərin olduğu bildirilir.
Ümumilikdə 200 nəfərdən xəbər yoxdur. Bölgənin su altında qalmasından ehtiyat edilir.
***
Qəsəbənin bələdiyyə sədri Avimar de Melo ən az 50 nəfərin öldüyünü, 300-dən insanın itkin düşdüyünü açıqlayıb.
Çay kənarında yaşayan insanların evlərini tərk edərək yüksək yerlərə çıxmaları istənilib.




Son xəbərlər
Son Xəbərlər