25 yanvarda Braziliyanın Brumadinyo qəsəbəsində su anbarının uçması səbəbindən itkin düşənlərdən daha 7 nəfərin cəsədi tapılıb.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 157-yə çatıb. Onlardan 134 cəsədin şəxsiyyəti müəyyənləşdirilib.
Hazırda 207 nəfərin itkin olduğu ehtimal edilir.
Qeyd edək ki, hadisə yanvarın 25-də baş verib. 14 gündür axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər