Braziliyada su anbarı fəlakətinin fəsadları artır - Ölü sayı 134-ə çatdı

braziliyada-su-anbari-felaketinin-fesadlari-artir
Oxunma sayı: 1056

25 yanvarda Braziliyanın Brumadinyo qəsəbəsində su anbarının uçması səbəbindən itkin düşənlərdən daha 24 nəfərin cəsədi tapılıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 134-ə çatıb.

Onlardan 120 cəsədin şəxsiyyəti müəyyənləşdirilib.

Hazırda 214 nəfərin itkin olduğu ehtimal edilir.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.