Braziliyada təbii fəlakət qurbanlarının sayı artdı

braziliyada-tebii-felaket-qurbanlarinin-sayi-artdi
Oxunma sayı: 1132

Braziliyanın Petropolis şəhərində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 136-ya çatıb.

“Qafqazinfo” “Globo” telekanalına istinadən xəbər verir ki, həlak olanların 22-si yetkinlik yaşına çatmayan uşaqlardır.

Xilasedicilər 24 nəfəri dağıntılar altından sağ çıxara bilib. Bununla yanaşı, polisə itkin düşən 216 nəfərlə bağlı məlumat daxil olub. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxslərin xilas edilən və yaxud həlak olanlar sırasında olduğunu bilmir.

Xatırladaq ki, fevralın 15-də Petropolisdə güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. 6 saatdan çox müddətdə bir kvadrat metrə 260 litr yağıntı düşüb. Bu, fevral ayında ölkənin bu bölgəsində qeydə alınan yağıntı normasından qat-qat çoxdur. Daha əvvəl yayılan məlumatda həlak olanların sayı 120 nəfər təşkil edirdi.