Braziliyanın cənub-şərqindəki Minas-Jerais ştatında qaya parçası turistlərin gəzintiyə çıxdıqları qayıqların üzərinə düşüb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, uçqun nəticəsində 7 nəfər dünyasını dəyişib. Onlardan 3-ü qadın, 4-ü kişidir. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 3 nəfərin axtarışları isə davam edir.
Furnas gölündə baş verən qəzanın səbəbi kimi iki versiya səsləndirilir: su burulğanı və ya leysan yağışları nəticəsində baş verən erroziya.
***
Braziliyadakı qayıq faciəsində ölənlərin sayı artıb. Qəza nəticəsində itkin düşən üç nəfərdən birinin cəsədi tapılıb. Bununla ölənlərin sayı səkkizə çatıb. Daha iki nəfərin axtarışları davam edir.
***
Daha iki nəfərin cəsədi tapılıb. Bununla ölənlərin sayı 10-a çatıb.
Son xəbərlər
Son Xəbərlər