Braziliyada uşaq bağçasına hücum edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Santa Katarina əyalətində 25 yaşlı təcavüzkar baltaya bənzər silahla uşaq bağçasındakı 4 uşağı öldürüb, daha sonra polisə təslim olub.
Ştat qubernatoru Corcinyo Mello hadisə ilə bağlı dərin kədərini bildirib və 3 günlük matəm elan olunduğunu deyib.
Bundan əlavə, hökumətdəki mənbə hücumda 4 nəfərin yaralandığını açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər