Braziliyada yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var

braziliyada-yasayis-binasi-cokdu
Oxunma sayı: 1054

Braziliyanın Pernambuko əyalətində binanın çökməsi nəticəsində 9 nəfər dağıntılar altında qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “G1” xəbər portalı məlumat yayıb.

“İyulun 7-də səhər saatlarında Janqa bölgəsində binanın bir hissəsi uçub. Xilasedicilərin sözlərinə görə, dağıntılar altında insanlar, o cümlədən uşaqlar var”, - məlumatda deyilir.

İndiyədək iki qadının xilas edildiyi bildirilir.