Braziliyadakı etirazlara görə 1200-dən çox insan həbs edildi

braziliyadaki-etirazlara-gore-1200-den-cox-insan-hebs-edildi
Oxunma sayı: 1582

Braziliyadakı etirazlarla bağlı 1200-dən çox adam həbs edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həbs edilən şəxsləri ittiham etmək üçün dövlət rəsmilərinə beş gün vaxt verilib.

Ümumilikdə isə etirazlardan sonra 1500-dən çox adam saxlanılıb.

Qeyd edək ki, etirazçılar Prezident Lula da Silvanın istefasını tələb edirlər.

Həmçinin, etirazlar zamanı polislə toqquşmalar qeydə alınıb, aksiyaçılar parlamentin binasına hücum ediblər.