Braziliyadakı futbol Almaniyaya pivə rekordu “qazandırdı”

braziliyadaki-futbol-almaniyaya-pive-rekordu-qazandirdi
Oxunma sayı: 777


“Qafqazinfo” “AzərTAc”a istinadla xəbər verir ki, bu, cari ilin birinci yarısında həmin içkinin satış həcminin yarısına bərabərdir.

2014-cü ilin birinci yarısında pivə satışının artımına ilk növbədə iyun ayı təsir edib. Həmin ayda Braziliyada futbol üzrə dünya çempionatı başlandı. Təkcə iyun ayı ərzində pivə satışı 14 faiz artaraq 9,7 milyon hektolitrə çatıb. İyun ayı üçün bu göstərici 2010-cu ildən bəri ən yüksək rəqəmdir.

Qeyd edək ki, alkoqolsuz pivə satışının həcmi bu göstəriciyə daxil deyildir. Cari ilin birinci yarısında kola, limonad və ya meyvə şirələri ilə qarışıq pivə istehlakı 2,2 milyon hektolitr olub. Bu, satışın ümumi həcminin 4,7 faizi deməkdir.

2014-cü ilin ilk altı ayı ərzində Almaniyada pivə istehlakının ümumi həcmi 2013-cü ilin birinci yarısı ilə müqayisədə 4,4 faiz artaraq 2 milyon hektolitrə çatıb.

Xatırladaq ki, Braziliyada futbol üzrə dünya çempionatının finalında Almaniya yığması Argentina komandasına 1:0 hesabı ilə qalib gələrək dördüncü dəfə çempion titulu qazandı.