Braziliyada tanınmış biznesmen Arni Spirinq iki nəvəsi ilə birgə təyyarə qəzasında həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “G1” portalı yayıb.
Bildirilir ki, ikimühərrikli “King Air” təyyarəsi Matu-Qrosu ştatında bir kənddə havada partlayıb və fermanın yaxınlığına düşüb.
Ümumilikdə qəza nəticəsində 5 nəfər həlak olub. Hadisə zamanı 70 yaşlı biznesmen və iki nəvəsi ilə yanaşı Spirinqin həmkarı və təyyarənin pilotu da ölüb.
Polis insidentlə bağlı araşdırma başladıb.
Fotoda Spirinqin həmkarı və pilot


Son xəbərlər
Son Xəbərlər