Braziliyalı futbolçu Azərbaycan klubunda

braziliyali-futbolcu-azerbaycan-klubunda
Oxunma sayı: 4254

Növbəti mövsümə hazırlaşan “Səbail” müdafiə xəttini gücləndirib.  

“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi son olaraq Kosta Rikanın "Deportivo Saprissa" klubunda çıxış edən braziliyalı Enrike Mauro Perillo ilə anlaşıb. 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılacaq.

Qeyd edək ki, Enrike karyerası ərzində "Vila Nova", "Goyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas" və "Remo" kimi komandalarda çıxış edib.