"Neftçi"nin yeni transferi - braziliyalı Jairo Rodriges Filyo axşam saatlarında Bakıya gəlib. “Qafqazinfo” xəbər verir ki, müdafiəçi bu gün paytaxt təmsilçisinin səhər məşqində iştirak edib.
Məşqçilər heyətinin müsbət rəy verəcəyi təqdirdə Bakı klubu futbolçu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.
Son xəbərlər
Son Xəbərlər