Bred Pitt Aliyə ilə sevgilidir... - Fotolar

bred-pitt-aliye-ile-sevgilidir
Oxunma sayı: 7325

55 yaşlı Hollivud aktyoru Bred Pitt “Yavaş inkişaf” serialı ilə tanınan aktrisa Aliyə Şövkətlə eşq yaşayır. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Blast” nəşri yazıb.

Aktyorla sevgilisi arasında 25 il yaş fərqi var. Aprelin 18-də A. Şövkətin 30 yaşı tamam olub. Cütlük tez-tez müxtəlif tədbirlərdə bərabər görüntülənsə də, ehtimal olunan sevgi romanını şərh etmir.

Aliyə Şövkət ABŞ-ın Kaliforniya ştatının Riversayd şəhərində Dina Börk və İraqın Bağdad şəhərindən olan ərəb aktyor Toni Şövkətin ailəsində doğulub.

Qeyd edək ki, B. Pittin keçmiş həyat yoldaşı Ancelina Colinin də şəxsi həyatında dəyişikliklər yaşanır. Bu yaxınlarda o, naməlum biri ilə görüş vaxtı kameralara tuş gəlmişdi.

Bred Pittin Aliyə Şövkətlə bərabər görüntüləndiyi fotoları təqdim edirik: