Bred Pitt xəstəliyini etiraf etdi

bred-pitt-xesteliyini-etiraf-etdi
Oxunma sayı: 5029

Hollivud ulduzu Bred Pitt illərdir mübarizə apardığı xəstəliyi haqda danışıb. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, dünyaca məşhur aktyor “Prosopagnosia” adı verilən üz tanıma korluğu xəstəliyindən əziyyət çəkdiyini bəyan edib. 

58 yaşlı aktyorun sözlərinə görə, gördüyü və tanış olduğu insanları daha sonradan xatırlamır: “Bu da insanların məni diqqətsiz və sadəcə özünü düşünən eqoist biri kimi görmələrinə səbəb olur. Bir çox insan mənə nifrət edir, çünki onlara qarşı hörmətsizlik etdiyimi düşünürlər”.