Ukraynanın “PrivatBank”ı Sovet İttifaqı KP MK-nın baş katibi Leonid Brejnevin rezidensiyasının da daxil olduğu inzibati-ictimai kompleksin bir hissəsini hərraca çıxarıb. “Qafqazinfo” bildirir ki, mülklə bağlı məlumatlar “Setam” onlayn satış sistemində yerləşdirilib.
Hərrac fevralın 4-də keçiriləcək. İlkin qiymət 97,946 milyon qrivnadır.
Kompleks Dneprin (Ukrayna) mərkəzi rayonunda yerləşir. Onun yaxınlığında sahilyanı şəhərlər, supermarketlər, bank filialları və əyləncə müəssisələri var.

Leonid Brejnev
Son xəbərlər
Son Xəbərlər