Rəmiş Səfərovun mağazasını taladılar

remis-seferovun-magazasini-taladilar
Oxunma sayı: 681

Mayın 11-i saat 18 radələrində H.Əliyev prospektində Yardımlı rayon sakini Aftandil Sərhəngov idarə etdiyi “Mersedes” markalı avtomobillə Bakı şəhər sakini Pərvanə Hüseynovanı vurub və o, hadisə yerində ölüb.

Mayın 10-da Bakı şəhər sakini Rəmiş Səfərova məxsus Bakıxanov qəsəbəsi Neftçilər küçəsində yerləşən mağazanın kassasından 500 manat və danışıq kartları oğurladığına görə, qəsəbə sakini İsa Əliyev Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən mayın 11-də tutulub. Müəyyən edilib ki, o, mayın 10-da 76 saylı xətt avtobusunda Bakı şəhər sakini Sevda Murtuzalıyevanın əl çantasından 72 manat və 3 ədəd bankomat kartını gizli yolla talanıb.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəşaiq Ələkbərov mayın 11-də tutulub.