Rəmişə qarşı şok ittiham

remise-qarsi-sok-ittiham-
Oxunma sayı: 637

“Qafqazinfo”nun Day.Az saytına istinadən verdiyi məlumata görə, gitara ilə ifa etməyi sevən Çingiz populyar gitara ifaçısı Rəmiş haqda fikirlərini bölüşüb. O, hesab edir ki, Rəmişin ifası «aləti ələ salmaqdır».

«Mən gitaranın 6 siminin hamısında ifa edirəm. Çünki o, flamenko üstündə köklənib. Belə də olmalıdır. Rəmişin gitarası isə milli mahnılar üçün köklənib – tarda və sazda olduğu kimi. Ona görə də, Rəmiş bütün mahnıları yalnız 2 simdə ifa edir», - deyə gənc ifaçı bildirib.