Brent 4 aydan sonra ilk dəfə bu qədər bahalaşdı

brent-4-aydan-sonra-ilk-defe-bu-qeder-bahalasdi
Oxunma sayı: 1662

OPEC ölkələrinin hasilatı azaltmaq haqda qərarından sonra son günlərdə neftin qiyməti artmağa başlayıb.

“Qafqazinfo” “Rosbalt”a istinadən xəbər verir ki, Brent markalı neftin may fyuçerslərinin qiyməti 2,1 faiz artaraq 69,03 dollara çatıb.

Bu, ötən ilin noyabrından sonra ən yüksək qiymətdir.