Dünya birjalarında Brent markalı neft bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, İCE London birjasında Brent nefti dekabrın 13-dən bəri ilk dəfə olaraq 62 dollardan baha satılıb. Belə ki, bu markalı neft 0,78 faiz bahalaşaraq barreli 62,16 dollara yüksəlib.
WTI markalı neftin fevralı fyuçersi isə 0,87 faiz bahalaşaraq barreli 53,05 dollar təşkil edib.
Son xəbərlər
Son Xəbərlər