“Brent” 63 dollardan satılır

brent-63-dollardan-satilir
Oxunma sayı: 738

OPEC-in yanvarda neft hasilatının kəskin azaldılması ilə bağlı bəyanatından sonra dünya birjalarında neftin qiymətində artım müşahidə olunur.

“Qafqazinfo”nun məlumatına görə, “Brent” 0,99 % bahalaşaraq bir barrelə görə 63,03 dollar olub.

WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,98 % artaraq 53,62 dollara yüksəlib. 

Xatırladaq ki, ötən il dekabrın 7-də OPEK-ə üzv və qeyri-üzv ölkələr bu il hasilatı sutka ərzində 1,2 milyon barrel azaltmaq barədə razılığa gəliblər. Üzv dövlətlər nefti 800 min barrel, qeyri-üzv ölkələr isə 400 min barrel dəyərində azaldırlar.