Dünya bazarında neftin qiyməti yenə də düşən tempdədir.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, Brent markalı neftin qiyməti 2004-cü ildən bəri ilk dəfə olaraq ən aşağı səviyyəyə düşüb. Belə ki, hazırda Brent-in bir barrelinin qiyməti 29,99 dollarda qərarlaşıb. Bu, son günlərlə müqayisədə 2,63% ucuzlaşmadır.
WTI markalı neftin qiymətində də ucuzlaşma var. 0,01% ucuzlaşma ilə WTI-nin bir barrelinin qiyməti 30,44 dollardır.
Bir neçə saat əvvəl isə qiymət Brent markalı neft üçün $30,13, WTI üçün isə $30,56 idi.
Son xəbərlər
Son Xəbərlər