“Brent” son 3 ildə ilk dəfə bu qədər ucuzlaşdı

brent-son-3-ilde-ilk-defe-bu-qeder-ucuzlasdi
Oxunma sayı: 2380

London birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 6,5% ucuzlaşaraq bir barrelə görə 46,73 dollar olub.

“Qafqazinfo” xəbər verir ki, sonuncu dəfə “Brent” 2017-ci ilin iyulunda 47 dollardan aşağı olub.

Nyu-York birjasında WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 6,3% ucuzlaşaraq bir barrelə görə 43,01 dollar təşkil edib.