“Brent”in qiyməti 119 dolları ötdü - Yenilənib

brentin-qiymeti-119-dollari-otdu
Oxunma sayı: 3643

“Brent” markalı neftin qiyməti 2013-cü ildən bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu, Londonun ICE birjasının göstəricilərində əks olunub.

Bakı vaxtı ilə saat 06:54-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 3,30% artaraq 116,66 dollar/barelə bərabər olub.

Eyni zamanda, WTI markalı xam neftin aprel fyuçersləri 2,44% artaraq bir barel üçün 113,30 dollar təşkil edib.

***

“Brent” markalı neftin qiyməti 2013-cü ilin fevralın 13-dən bəri ilk dəfə 119 dolları keçib.