Azərbaycan nefti 68 dollardan satılır

Azərbaycan nefti 68 dollardan satılır
Oxunma sayı: 588

Dünya bazarında neft qiymətləri bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 0,84 % bahalaşma ilə bir barrelə görə 69,46 dollar olub.

“WTI” markalı neft də 0,84 % bahalaşaraq bir barrelə görə 66,24 dollar təşkil edir.

Azərbaycan neftinin qiyməti də kəskin bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,01 dollar bahalaşaraq 68,56 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.