“Brent”in qiyməti son üç ildə ilk dəfə 80 dolları ötdü

brentin-qiymeti-son-uc-ilde-ilk-defe-80-dollari-otdu
Oxunma sayı: 787

“Brent” markalı neftin qiyməti son üç ildə ilk dəfə 80 dolları ötüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:16-da “Brent”in noyabr fyuçersləri bir barrelə görə 0,83% bahalaşaraq 80,35 dollara çatıb. Bu, 2018-ci ilin oktyabrın 23-dən bu yana ilk belə göstəricidir.

“WTI” markalı neftin noyabr fyuçersləri isə 0,85% bahalaşaraq bir barrelə görə 76,09 dollar təşkil edib.

Neft qiymətlərinin artmasına səbəb dünyada xammala olan tələbatın perspektivlərinin yaxşılaşması ilə bağlı müsbət əlamətlərdir.