Rəqabətsiz prezident seçildi - Yeniləndi

reqabetsiz-prezident-secildi-yenilendi
Oxunma sayı: 635

“Qafqazinfo”nun verdiyi xəbərə görə, konfrans iki hissədən ibarət olacaq. Birinci hissədə AFFA rəhbərliyi hesabat verəcək. İkinci hissədə isə AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Prezident postuna yeganə namizəd olan Rövnəq Abdullayev növbəti 4 ildə də postunda qalacaq. İcraiyyə Komitəsinə isə namizəd olan 10 nəfər - Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən üzv seçiləcək.

Qeyd edək ki, Rövnəq Abdullayev və İK üzvləri 2008-ci ildə vəzifələrinə seçilib.

* * *

AFFA prezidentliyinə yeganə namizəd olan Rövnəq Abdullayev yenidən bu vəzifəyə seçilib.

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində calışır. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir.

Ceyhun Əhmədov