Belarusun Brest şəhərinin mərkəzində etirazçılarla OMON-çular arasında toqquşmalar başlayıb.
“Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Belarus” xəbər verib.
Güc strukturları etirazçılara qarşı dəyənəkdən istifadə edir.
***
Belarusun Minsk şəhərində də OMON-çularla etirazçılar arasında toqquşmalar başlayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.
Bu, Mixail Pavlov adına parkda yaşanır.
***
OMON Minskdə “Maqnit" TM yaxınlığındakı etirazçıları rezin güllələr vasitəsilə dağıdır.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə şahidlər “Sputnik Belarus”a bildiriblər.
Etirazçılar prospektə bitişik olan Pavlov parkında gizlənməyə çalışırlar.