Rəsul Quliyevdən Şahin Əliyevə açıq məktub

resul-quliyevden-sahin-eliyeve-aciq-mektub
Oxunma sayı: 669

Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyevə açıq məktub ünvanlayıb. Məktubunda eks-spiker şöbə müdirinin Yeni Müsavat qəzetinə verdiyi müsahibəsində ona qarşı səsləndirdiyi ittihamlara cavab verib. R. Quliyev məktubunu “Qafqazinfo”nun elektron poçtuna göndərib. Həmin məktubu təqdim edirik:


“Şahin Əliyev və onun yazısının təşkilatçılarına açıq məktub

Hörmətli Şahin müəllim!
Siz AXC hakimiyyətdə olub ölkədə hüquqi dövlət yaratmaq üçün astanadan içəri atdığı birinci addımdan bu günə qədər bu işi görmək üçün yaradılmış həmin şöbədə 20 ildir çalışırsınız. Sizi təbrik etmək olar, siz nəinki hüquqi dövlət otağına qoyulmuş qədəmi bayıra çıxartmağa, həm də binadan o qədər uzaqlaşdırmağa nail olmusunuz ki, onu yenidən uzun müddət və ola bilər insanların qanının bahasına axtarmaq lazım olacaq. Siz Heydər Əliyevin kiçik vəzifə borcu olan qərarı imzalamağını elə təqdim etmisiniz ki, elə bil o sizlərin köməyi ilə Marsa uçub.

Hörmətli Şahin müəllim!
Mənim sizə münasibətim həmişə fərqli olub. Sizi qeyri qanunu işləri ürəkdən istəməyən ancaq zəif xarakterinizə görə yerinə yetirməyə məcbur edilən mənəvi əziyyət çəkən bir adam kimi təsəvvür edirdim. Yəni siz özünüz də buna kifayət qədər əsas verirdiniz. İndi başqalarının çörəyini yeməyi davam etdirməkdən ötəri istənilən yalanları yazırsınız, ancaq bu o demək deyil ki, hər şey unudulub. Siz hökumətdə olanların içərisində adı korrupsiya və rüşvətdə hallanmayan nadir şəxslərdənsiniz. Sadəcə olaraq tutduğunuz vəzifə sizin bu işlərlə məşğul olmağa şərait yaratmır. Başqa sözlə rüşvət verən yoxdur. Bir neçə qohumun işlərinə yaramaqla təmin olmuş həyatını davam etdir.

Azərbaycan Konstitusiyasında yeni bir kəşf yoxdur. Sadəcə olaraq ABŞ, Fransa və Rusiya Federasiyası konstitusiyalarının ayrı-ayrı müddəalarının bir kitabça şəklinə salınmasıdır. Düz buyurursunuz, H. Əliyev sizinlə Konstitusiyanı gecə də rezidensiyasında müzakirə edirdi, ancaq bir neçə adamla işçi qrupu ilə yox. RF və Fransa konstitusiyalarının aqressiv qanunlarını konstitusiyaya necə salmaq üçün müzakirə aparırdı. Ona görə də sizin Prezident niyə 7 ilə (Fransa), prezident niyə müddətsiz (ABŞ bir dəfə olub 1950-ci ildən ləğv olub) seçilməsin, prezident olmayanda baş nazirin əvəz etməsi, prezidentin parlamenti buraxmaq hüququnun olması (RF) təklifləriniz əgər aparılmış komissiyanın iclaslarının stenoqramalarını yandırmamısınzsa və ya sonradan yazmamısınızsa mövcuddur. O vaxtı sizin bu təkliflərinizi keçirə bilmədiniz sadəcə olaraq mən imkan vermədim. Ancaq nə baş verdi mən gedəndən sonra. Konstitusiyanın o vaxtı keçirə bilmədiyiniz müddəalarını yenidən dəyişdiniz. O müddəaları da siz yazdınız cənab Əliyev.
Konstitusiyanın əsas qanunu “dövlətin mənbəyi xalqdır” müddəası 1995-ci ildən yerinə yetirilmir, Azərbaycanda dövlətin mənbəyi klandır, sizlərdə onların yuxarı maaşlı işçilərisiniz. Bütün beynəlxalq aləm Azərbaycanda xalqı dövlət institutlarını yaratmaqdan kənarlaşdırıblar deyib haray edir, Venesiya komissiyasında, başqa beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürür sonrada yerinə yetirmirsiniz. Azərbaycan xalqının ancaq belə demokratiyaya layiq olduğunu sübut etməyə çalışırsınız. Avropada ancaq iki - Belarus və Azərbaycanda müddətsiz prezident seçilməsi barədə qanunun olduğuna görə xəcalət çəkmirsiniz? Bəlkə də ölkədə heç olmazsa kiçik bir dəyişikliyə nail olmaq olardı, əgər sizin kimi ancaq özünü güdən insanlar 20 il belə məsul vəzifədə olmasa idi. Sizin əsas vəzifəniz ölkədə hüququ dövlətin yaranmasını təşkil etmək idi. Milləti darmadağın edənlər, xalqı azərbaycanlı olmasına görə başıaşağı olmasının yaradıcıları milli ideya və ideologiyadan danışırlar. Yerinizdə sakit oturun, siz elə bir çirkabın içindəsiniz ki, çalışın heç olmazsa bir qədər təmizlənə biləsiniz.

Ümumiyyətlə o oradan burdan köçürülmüş konstitusiyanın yazılmasını və o vaxtı aqressiv müddəaların ora yazılmasının qarşısını almağımı heç bir qəhrəmanlıq hesab etmirəm. Çünki Sizlərin sayəsində həmin maddələr yenidən yazıldı və Konstitusiyanın heç bir müddəası da işləmir. Hətta ərazi bütövlüyü...