“Reuters” İsrailin İrana hücumunda Azərbaycanın iştirakından yazdı

<b>“Reuters” İsrailin İrana hücumunda Azərbaycanın iştirakından yazdı </b>
Oxunma sayı: 300


“İrana hücum zamanı İsrail Azərbaycanın köməyindən istifadə edəcək” . “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” informasiya agentliyi yazıb. Agentlik yazır ki, İsrail və Azərbaycan tərəfi rəsmi olaraq belə bir iddianı təkzib etsələr də, Azərbaycan ordusunun iki sabiq hərbçisi və Rusiya kəşfiyyatından iki mənbə Azərbaycanla İsrailin belə bir məsələni müzakirə etdiklərini iddia ediblər.

Təhlükəsizlik üzrə məsləhətçinin sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyində təyyarələrin haradan, hara uçacağı müzakirə olunur. Mənbə, həmçinin bildirib ki, İsrail Azərbaycanın hərbi bazalarına daxil olmaq imkanı əldə etmək istəyir.

Agentlik onu da vurğulayır ki, Azərbaycan prezidenti İlham Əliyevin yəhudi dövlətinin nadir müsəlman dostlarından birinə çevrilib.

Məqalədə o da qeyd olunur ki, Azərbaycan, İsrail və ABŞ tərəfinin təkziblərinə baxmayaraq, siyasi mənbələrdən biri məlumat verib ki, Azərbaycandan İsrail bombardmançılarına yardım üçün yola düşən tankerlərin heç bir fərqləndirici nişanının olmaması da İsrail planının bir hissəsi ola bilər.

İsrail mənbəsi isə məlumat verib ki, ola bilsin ki, mülki təyyarəyə bənzəyəcək həmin təyyarələr yanacaqdoldurma məntəqəsində eniş edəcəklər və daha sonra İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri ilə görüşəcəklər. Agentlik qeyd edir ki, Tehrandan Tel Əvivə min mil yol var və yanacaqdoldurma məntəqəsi bu baxımdan labüd olacaq.

Azərbaycanlı mənbələr ölkədə dörd ədəd keçmiş sovet aviabazalarının olduğunu bildiriblər. Bu bazaların İsrail təyyarələri üçün münasib ola biləcəyini iddia ediblər. Onlar Kürdəmir, Gəncə, Nasosnu və Qala bazalarıdır. Hərbi mənbələr Azərbaycanda rəsmi olaraq ABŞ və İsrail hərbi bazalarının olmadığını desələr də bunun məsələnin ancaq rəsmi tərəfi olduğunu, əslində isə belə bir bazaların mövcud olduğunu və lazım gəldikdə istifadə olunacaqlarını deyiblər.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi