Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri Böyük Britaniyanın Avropa Birliyindən çıxması (“Brexit”) prosesini 2021-ci ilə qədər təxirə salmağı planlaşdırırlar. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri avropalı diplomatlara istinadən yazıb.
Hazırda “Brexit” bu il martın 29-na planlaşdırılıb ki, bundan sonra 21 ay müddətinə keçid dövrü başlamalıdır. Əlavə vaxt Birliyin üzv dövləti olaraq İngiltərəyə Avropa Birliyi ilə gələcək münasibətləri üçün yeni qaydaları qazanmağa kömək edəcək.
Qeyd olunur ki, “Brexit” dövrünün təxirə salınmasının tərəfdarları arasında Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk və Avropa Komissiyasının baş katibi Martin Zelmayr da var.
Son xəbərlər
Son Xəbərlər