“Brexit Aİ üçün böyük təhdid yaratdı” - Polşa prezidenti

brexit-ai-ucun-boyuk-tehdid-yaratdi
Oxunma sayı: 833

Brexit Avropa İttifaqı ölkələri üçün böyük təhdid yaratdı. Bu, çox dərin böhrandır, bəlkə də, Ai tarixində ən dərini.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri NATO sammitində çıxış edən Polşa prezidenti Andjey Duda deyib.

Bununla yanaşı Duda vurğulayıb ki, nəticələrlə bağlı Böyük Britaniya Aİ-ni tərk etdikdən sonra danışmaq olar.
Polşa lideri, həmçinin bildirib ki, Brexitin Aİ-ə mənfi təsirinə baxmayaraq, Böyük Britaniya qurumu tərk etdikdən sonra NATO-da aktivliyini artıra bilər.

Avropa Komissiyasının sədri Jan Klod Yunker isə NATO zirvəsində prezident Barak Obama ilə görüşün nəticələrindən danışarkən qeyd edib ki, krallığın Aİ-dən çıxmasından sonra da ittifaqla Böyük Britaniya yaxın tərəfdaş olaraq qalacaq.