İngiltərənin müxtəlif liqalarında forma geyən 400 xarici futbolçu AB referandumunun nəticələrindən təsirlənəcək.
"Qafqazinfo" xəbər verir ki, aralarında Dimitri Payet, N'Golo Kant, David De Gea və Juan Mata'nın da olduğu çox sayda futbolçu referendumdan sonra ölkədən ayrılmaq məcburiyyətində qalacaq.
Buna səbəb bosman qaydalarının pozulmasıdır. Bosman qaydalarına görə, İngiltərədə forma geyinmək üçün AB üzvü olan ölkələrin futbolçularından iş icazəsi tələb olunmur. Ancaq Birləşmiş Krallıq AB-dən çıxdıqdan sonra transfer prosesləri fərqli bir zəmində irəliləyəcək.
Referendum İngiltərə klublarına da mənfi təsir göstərəcək. İngiltərə klubları funt-sterlinqin ucuzlaşması üzündən daha çox pul xərcləməli olacaq. Amma Brexitin İngiltərə futboluna müsbət təsir göstərəcəyini düşünənlər də az deyil.
Onların fikrincə, funt-sterlinqin ucuzlaşması əcnəbilərin İngiltərə klublarına marağını artıracaq və bu səbəbdən "Dumanlı Albion"da bir çox klubların xarici sərmayədərların himayəsi altına keçəcəyi istisna olunmur.
Son xəbərlər
Son Xəbərlər