Böyük Britaniyanın Avropa İttifaqından çıxma prosesi (Brexit) artıq rəsmiləşib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dünən axşam krallığın baş naziri Tereza Mey ölkəsinin Aİ-dən çıxması proseduru barədə məktubu imzalayıb.
Avropa Şurasının prezidenti Donald Tusk Brexit prosedurunun başlanması barədə artıq bildiriş məktubu alıb. Meyin imzaladığı rəsmi bildirişi Donald Tuska Böyük Britaniyanın Aİ-dəki səfiri Tim Barrou təqdim edib. Həmin anın fotosunu Tusk öz tvitter hesabında paylaşıb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər