“Brexit” üzrə səsvermə təxirə salındı

brexit-uzre-sesverme-texire-salindi
Oxunma sayı: 909

Britaniya parlamentinin İcmalar Palatasının üzvləri ölkənin Avropa İttifaqından çıxmasını nəzərdə tutan “Brexit” sazişinə düzəlişləri qəbul edərək səsvermənin təxirə salınmasına qərar veriblər.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, qərarın lehinə 322, əleyhinə 306 deputat səs verib.

Böyük Britaniyanın Baş Naziri Boris Conson isə Aİ-yə “Brexit” səsverməsinin təxirə salınması ilə bağlı müraciət etməyəcəyini, istənilən halda ölkənin ittifaqdan oktyabrın 31-də çıxacağını bəyan edib:

“Heç bir təxirəsalmadan söhbət gedə bilməz. “Brexit” 31 oktyabrda baş tutacaq. Mən Aİ ilə təxirəsalma barədə danışıqlar aparmayacam”.