Rianna soyundu, əkinçi coşdu - Fotosessiya

rianna-soyundu-ekinci-cosdu-fotosessiya
Oxunma sayı: 662

Belə ki, ulduz çəkilişlər üçün Alan Qrahamın adlı əkinçinin şəxsi taxıl sahəsindən istifadə etmək üçün icazə alıb. “We Found Love” mahnının klip çəkilişləri zamanı 23 yaşlı müğənninin çimərlik geyimini çıxarması ərazinin sahibini hiddətləndirib. O, çəkilişə müdaxilə edib və müğənnidən geyinməyini tələb edib. Müğənni geyinməsə, çəkilişə icazə verməyəcəyini deyib.

Mühafizəkar Demokratik Birlikçi Partiyasının üzvü olan 61 yaşlı Alan Qraham bildirib ki, Riannanın davranışı düzgün deyil. Mənim niyə etiraz etdiyimi başa düşdü və normal şərtlərlə razılaşdıq: “Rianna və dostlarına qarşı pis niyyətim yoxdur. Bəlkə də daha onlar daha uca bir tanrıya özlərini verməlidirlər”.

Müğənni klipini nəqliyyatın sıx olduğu, toz-torpaq içində olan yol kənarında çəkməli olub. Yüzlərlə adam çəkilişləri izləmək üçün ora toplaşdığı halda Alan Qraham 20 milyondan çox albomu satılan dünya şöhrətli müğənnini tanımadığını deyib: “Mənə dedilər ki, o, bir ulduzun çata biləcəyi ən yüksək nöqtədədir. Mən bu mövzularda bir az cahiləm”.