Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron internetdə onun transgender olması barədə yalan məlumatlar yayan iki qadını məhkəməyə verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Frans Press” agentliyi yayıb.
Fransanın birinci xanımının sözügedən qadınları Paris məhkəməsinə verdiyi məlum olub. Bu işlə bağlı ilk dinləmələr iyunun 15-nə təyin edilib.
Xatırladaq ki, Bricit Makron bir müddət əvvəl transgender olması barədə mediada yayılan informasiyalara münasibət bildirib və qeyd edib ki, haqqında yayılan bu məlumat feykdir.
B. Makronun sözlərinə görə, onun transgender olması ilə bağlı yalan şayiələr yayan şəxslər internetdə onun ailə şəcərəsi barədə məlumatları dəyişiblər. Vurğulayıb ki, burada söhbət onun valideynlərinin şəcərəsindən də gedir və bu, yolverilməzdir.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Bricit Makronun əvvəllər Jan-Mişel Tronye (Tronye – Bricit Makronun qızlıq soyadı -red.) adlı kişi olması barədə məlumatlar paylaşılıb. Makronun həyat yoldaşı ötən ilin dekabrında bildirmişdi ki, əvəllər kişi olması və sonradan cinsini dəyişməsi barədə şayiə yayanları məhkəməyə verməyə hazırlaşır.
68 yaşlı Bricit Makronun birinci nikahından 3 övladı var. O, 2007-ci ildə Emmanuel Makron ilə ailə həyatı qurub. Fransanın 25-ci Prezidentinin isə 44 yaşı var.
Həmçinin oxuyun: “Mən transgender deyiləm” - Makronun xanımı
Son xəbərlər
Son Xəbərlər