Xalq artisti Brilliant Dadaşova yeni mahnılarını təqdim edib.
“Qafqazinfo”nun məlumatına görə, sənətçi bu dəfə Türk sənət musiqisinə müraciət edib.
“Kimə nə” və Neşet Ertaşın “Dane dane” türkülərini birlikdə yeni versiyada ifa edən müğənni son ifası ilə bağlı bunları söyləyib:
“Oxuduğum türkülərin hər ikisi uşaqlıqdan dinlədiyim və bəyəndiyim parçalardır. Çahargah muğamı üstündə bəstələnən mahnıların ifası asan olmasa da mən dəfələrlə canlı televiziya proqramları, konsertlər və digər mərasimlərdə bu musiqiləri ifa etmişəm. Buna görə də dinləyicilərimə bu musiqilər çoxdan tanışdı və onların istəyi ilə hər iki musiqini birləşdirib popuri kimi lentə aldırdım”.
Son xəbərlər
Son Xəbərlər