Xalq artisti Brilliant Dadaşova instaqramdakı paylaşımları ilə diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, sənətçi ard-arda 3 status yazaraq haqqında şayiə yayan şəxslərə müraciət edib.
Dadaşova mahnılarını paylaşaraq, bunu uydurma hekayə quranlara həsr etdiyini bildirib: “1991-ci ildə oxuduğum bu musiqini şərəfini itirmiş, xəlvətdə gizlənib qadın haqqında inanılmaz hekayələr uyduranlara həsr edirəm. Dahi Mirzə Ələkbər Sabir onların cavabını çoxdan verib: Aşiqiq ancaq quru boş söhbətə, kim nə deyər bizdə olan qeyrətə”.
Xalq artisti bundan bir neçə gün əvvəl isə “1990-cı il - Brilliant Dadaşovanın 20 Yanvar hadisələrinə mərd etirazı. Bu mahnını siçan deşiyində gizlənib, qadın haqqında qondarma hekayələr uyduranlara həsr edirəm. Azərbaycan bayrağı qarşısında oturub dedi-qodu uydurmayın. Biz o bayraq uğrunda özümüzü və karyeramızı məhv etməkdən qorxmadıq”,- deyə vurğulayıb.


Son xəbərlər
Son Xəbərlər