Brilliant siqaretə qarşı

brilliant-siqarete-qarsi
Oxunma sayı: 1647


Milli.Az xəbər verir ki, artıq  ikinci ildir ki, dünyada ilk dəfə olmaqla ölkəmizdə gerçəkləşən festivalın siması tütün əleyhinə davamlı mübarizə aparan xalq artisti Brilliant  Dadaşovadır. "Siqaret çəkməkdənsə FİLM çək" devizi altında gerçəkləşən festivalda məhz siqaret əleyhinə qisametrajlı filmlər nümayiş olunub, qiymətləndiriləcək. 

Bundan başqa, festival çərçivəsində Azərbaycanın müxtəlif regionlarında kütləvi promolar və tematik film nümayişləri nəzərdə tutulur. Festivalın builki tanıtım  kampaniyası çərçivəsində xalq artisti Brilliant  Dadaşova gənclərlə çəkildiyi reklam rolikini səhifəsində paylaşaraq bunları söyləyib:

"Ümidvaram, sağlam həyat tərzi naminə başladığımız propaqanda qısa müddət ərzində öz bəhrəsini verəcək və biz gələcək nəsillərimizə  sağlam, tüstüsüz  bir dünya bəxş edə biləcəyik".

Qeyd edək ki "Addım" Gənclər Təşkilatı  tərəfindən  gerçəkləşdirilən festivala ötən il  Azərbaycanda rekord sayda - 48 yerli film  təqdim olunmuşdu. Bu il isə festivalda iştirak üçün əcnəbi rejissorlar da müraciət ediblər. 31 May "Beynəlxalq tütün əleyhinə mübarizə günündə" isə festivalın  gala gecəsinin keçirilməsi nəzərdə tutulur.