Brilliantdan qısa geyimini tənqid edənlərə cavab

brilliantdan-qisa-geyimini-tenqid-edenlere-cavab
Oxunma sayı: 3585

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə tənqidlərə məruz qalan fotoları barədə açıqlama yayıb.  “Qafqazinfo”  xəbər verir ki, müğənni yenə də qısa paltarında şəklini paylaşaraq onu qınayanlara zarafatyana cavab verib:“Vay-vay, biabırçılıq, rəzalət, fəlakət! Bütün Azərbaycan camaatının anası, nənəsi, nənəsinin nənəsi yaşında olan mən...” 

Dadaşova daha sonra xanımlara sağlam həyat barədə tövsiyələrini verib: “Gözəl xanımlarımız, axşam 18:00-19:00-dan sonra yemək istəyən zaman bol su için. Suyun içinə nanə də qoya bilərsiz. Bir-iki gün çətin olacaq. Sonra isə öyrəşəcəksiz. Söz verirəm, ən azından can sağlığını hiss edəcəksiz”.