Britaniya Brexitə 3 milyard avro ayıra bilər

britaniya-brexite-3-milyard-avro-ayira-biler
Oxunma sayı: 1173

Böyük Britaniya hökuməti ölkənin Avropa Birliyindən (Aİ) çıxmasına dair aparılan hazırlıqlara 3 milyard avro ayıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərə Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Brexit üzrə nazir Dominik Raabın sözlərinə görə, müvafiq məbləğ Aİ ilə London Brexitlə bağlı məsələdə razılığa gəlməsələr ayrılacaq.

O, həmçinin qeyd edib ki, bugünə qədər Brexitə 700 milyon avro ayrılıb.