Britaniya Film Baharı Festivalından - Fotolar

britaniya-film-bahari-festivalindan
Oxunma sayı: 720

Nizami Kino Mərkəzi «British- Council Azərbaycan» və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə “İkinci Britaniya Film Baharı Festivalı”nın açılışını keçirib.

"Qafqazinfo"nun məlumatına görə, açılışdan əvvəl media nümayəndələri üçün mətbuat konfransı keçirilib. 

Britaniya Bahar Film Festivalı aprelin 30 –dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini təqdim edib.

Qeyd edək ki, British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. İkinci film festivalı Britaniya Film Baharı (British Film Spring) adı altında 2015-ci ildə baş tutmuşdu.