Britaniya gəmisinə hücum edilib

britaniya-gemisine-hucum-edilib
Oxunma sayı: 1771

Böyük Britaniyaya məxsus gəmi Ərəbistan dənizində Oman sahillərində hücuma məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqa məlumatı “United Kingdom Maritime Trade Operations” təşkilatı yayıb.

İnsident iyulun 29-u axşam saatlarında Masira adasının şimal-şərqində baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.

“Reuters” agentliyinin məlumatına görə, insidentin detalları açıqlanmayıb. Lakin hücumun quldurlarla əlaqəli olmadığı güman edilir.