Britaniya Gürcüstanı “qırmızı zona”ya daxil edəcək

britaniya-gurcustani-qirmizi-zonaya-daxil-edecek
Oxunma sayı: 1443

Böyük Britaniya Gürcüstanı koronavirusun yayılması ilə bağlı “qırmızı zona”ya daxil edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı Böyük Britaniyanın Tbilisidəki səfirliyi yayıb. Bildirilir ki, bununla bağlı qərar avqustun 8-dən etibarən qüvvəyə minəcək. 

Həmçinin qeyd olunur ki, “qırmızı zona” ölkələri siyahısına Gürcüstanla yanaşı Meksika, Fransanın Mayotta və Reunion adaları da daxil edilib. 

Bununla yanaşı, Böyük Britaniya Avstriya, Almaniya, Sloveniya, Slovakiya, Latviya, Rumıniya və Norveçi təhlükəsiz ölkələr siyahısına daxil edib. 

Qeyd edək ki, Gürcüstan hazırda koronavirusun dördüncü dalğasını yaşayır.