Britaniya hökuməti Azərbaycanın Londondakı səfirliyinə hücumdan təəssüfləndiyini bildirib

britaniya-hokumeti-azerbaycanin-londondaki-sefirliyine-hucumdan-teessuflendiyini-bildirib
Oxunma sayı: 1021

Böyük Britaniya Britaniya hökuməti 2022-ci il avqustun 4-də radikal dini qruplar tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinə qarşı hücumdan təəssüfləndiyini bildirib.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Qrem Stüartın Azərbaycan səfiri Elin Süleymanov ilə görüşündən sonra verdiyi açıqlamada deyilir.

"Mən Böyük Britaniya hökumətinin Böyük Britaniyadakı bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə sadiqliyinin vacibliyini vurğuladım və baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyimi bildirdim. Böyük Britaniya özünüifadə azadlığı hüququnu dəstəkləmək ənənəsinə malikdir, lakin bu, dinc və qanuni nümayişlər vasitəsilə həyata keçirilməlidir", - deyə Q.Stüart bildirib.